Bu ilin oktyabrın ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların regionlar üzrə kredit qoyuluşunun həcmi 13,9 mlrd. manata yaxın olub.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi məlumata görə, hesabat dövründə banklar tərəfindən təklif olunan kreditlərin orta faiz dərəcəsi 11,7%-ə bərabər olub.
“APA-Economics” bank sektorunda regionlar üzrə kredit qoyuluşuna dair renkinq tərtib edib. Kreditlərin həcminə görə siyahının ilk üç pilləsini Bakı şəhəri, Aran və Gəncə-Qazax iqtisadi rayonları bölürlər.
Azərbaycanda bank kreditləşməsinin regionlar üzrə renkinqi:
# |
Region |
Kreditin həcmi, min AZN |
Orta faiz dərəcəsi, % |
1 |
Bakı |
11 121 558 |
9,8 |
2 |
Aran |
725100 |
22,1 |
3 |
Gəncə-Qazax |
575948 |
19,1 |
4 |
Abşeron |
492789 |
16,4 |
5 |
Lənkəran |
256924 |
21,4 |
6 |
Şəki-Zaqatala |
213 351 |
17,3 |
7 |
Quba-Xaçmaz |
209000 |
19,5 |
8 |
Naxçıvan |
147 001 |
13,6 |
9 |
Dağlıq Şirvan |
69 163 |
22,2 |
10 |
Yuxarı Qarabağ |
61 299 |
23,8 |
APA-Economics