Azərbaycanda bank xidmətlərindən istifadə üzrə ən aktiv əhali Gəncə-Qazax zonasında yaşayanlardır. Fins.az-ın məlumatına görə, bu barədə Dünya Bankının bu gün təqdim etdiyi “Azərbaycanda Maliyyə Potensialının və İnkluzivliyinin Gücləndirilməsi Hesabatı”nda bildirilir.

Sorğu göstərib ki, maliyə xidmətlərinin yayılması bir sıra millərdən, o cümlədən gəlir səviyyəsi, məşğulluq vəziyyəti və ev təsərrüfatlarının ölçüsündən asılıdır. Sorğu göstərib ki, maliyyə inkluzivliyi sahəsində ölkə üzrə ən yüksək göstərici Gəncə-Qazax regionundadır. Buradakı ev təsərrüfatlarının 38,3 faizi maliyyə xidmətlərindən istifadə edir. Ən aşağı göstərici isə Şəki-Zaqatala regionundadır. Burada göstərici – 32,3 faizdir.

İşsizlər maliyyə xidmətlərindən daha az istifadə edir Həmçinin, sorğunun qənaətinə görə işsiz yetkin şəxslər orta məşğullarla müqayisədə maliyyə xidmətlərində 6 faiz az istifadə edir. Gənc qadınların iqtisadi iştirakının zəif olması nəticəsində onların maliyyə inkluzivliyinin də az olması görünür. Maliyyə potensialının zəif olması və baza maliyyə xidmətlərinin yüksək məsrəfləri maliyyə xidmətlərinin istifadəsi üçün maneələrdən biri kimi nəzərə çarpır.