“Hazırda “PAŞA Bank” Rusiyanın “Qazprombank”ı ilə 2 layihənin birgə maliyyələşdirilməsi məsələsini müzakirə edir”.

Bunu “PAŞA Bank”ın 2019-cu ilin 1-ci yarısının maliyyə nəticələrinə həsr olunmuş mətbuat konrransında Bankı İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib.

“İndidən layihələri açıqlamağım etik olmaz. Amma qeyd edə bilərəm ki, hazırda 2 layihə üçün “Qazprombank” ilə maliyyələşdirmə şərtləri və məbləği danışılır”.

2019-cu ilin May ayında Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” və Rusiyanın iri banklarından biri  “Qazprombank” Əməkdaşlıq sazişi imzalayıblar. Əməkdaşlıq saziş hər iki tərəf üçün prioritet olan kənd təsərrüfatı, nəqliyyat, logistika, rabitə və telekommunikasiya və s. sahələrdə investisiya layihələrinin maliyyələşdirilməsini müəyyən edir.

 

@Marja