Bu ilin martın 1-nə Azərbaycanda əhalinin banklardakı əmanətlərinin həcmi 8 694,4 mln. manat təşkil edib.

APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Əhalinin əmanətlərinin həcmi illik müqayisədə 480,4 mln. manat və ya 5,9% artıb.

Aylıq müqayisədə isə bank əmanətlərinin həcmində 105,9 mln. manat və ya 1,2%-lik, ilin əvvəlindən isə 56,5 mln. manat və ya 0,7%-lik artım qeydə alınıb.