Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2020-ci il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15637,4 milyon manat təşkil etmişdir. 2019-cu il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13058,0 milyon manat təşkil etmişdir. Belə ki, cari ildə kredit portfeli 20% artıb.

Banker.az xəbər verir ki, ümumi kredit portfelinin 12836,9 milyon manatı və ya 82,1 faizi uzunmüddətli kreditlərin payına düşmüşdür.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1386,8 milyon manat olmuş və ümumi kredit portfelinin 8,9 faizini təşkil etmişdir. Mart ayında isə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1297,8 milyon manat olmuş və ümumi kredit portfelinin 8,3 faizini təşkil etmişdir. Bu da, problemli kreditlərin aprel ayında artması deməkdir.