Dekabrın 18-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atra Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə hərrac keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Söhbət Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 48E ünvanında yerləşən 1 157,7 kv.metrlik fərdi yaşayış evindən gedir. Əmlaka 2,56 milyon manat qiymət qoyulub.