Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev prospektində “AtaBank” ASC-nin yeni filialının açılışı olub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni filialda həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən hesablaşma-kassa əməliyyatları, kreditlər, depozitlər, əmanətlərin qəbulu, təcili pul köçürmələri, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi kimi xidmətlər təklif olunur. “Bakıxanov” filialı bazar ertəsindən cümə gününədək saat 9:00-dan 17:00-a kimi müştəriləri qəbul edir. Şənbə günləri isə filial 10:00-dan 15:00-dək işləyir.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bakıda və ölkənin müxtəlif regionlarında bankin 26 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.