Ciddi problemlərin olduğu AtaBankın əsas filiallarından biri olan “Yeni Həyat” filialı bağlanıb. Bankın “Yeni Həyat” filialı Bakı şəhəri, Zərifə Əliyeva 55 ünvanında yerləşən “Yeni Həyat” biznes mərkəzində yerləşirdi. 

 

Marja-nın əldə etdiyi məlumata görə, 24 Fevral 2020-ci il tarixindən etibarən bu filialın müştərilərinə AtaBankın Ş. Bədəlbəyli küç 102 ünvanında yerləşən “Mərkəzi” filialında xidmət göstəriləcək.

 

Qeyd edək ki, AtaBankın əsas səhmdarı olan “Synergy Group”un ofisi də “Yeni Həyat” biznes mərkəzində yerləşir.