Əmanətlərin Sığortalanması Fondu “Muğanbank” ASC-nin ləğvedicisi təyin edilib.
Bu barədə fonddan AZƏRTAC-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 18 oktyabr tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğanbank” ASC-nin lisenziyası oktyabrın 19-da ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 24 oktyabr tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin
Sığortalanması Fondu “Muğanbank” ASC-nin ləğvedicisi təyin edilib.