Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərinı aşağı endirib.
Səhər saatlarında banklarda dolların ən sərfəli alış məzənnəsi 1.6920 manata, ən sərfəli satışı 1.6980 manata bərabərdir.
Araşdırmaya əsasən, istirahət günləri ilə müqayisədə “Amrahbank” ABŞ valyutasının alış məzənnəsini 1.6900 manatdan 1.6880 manatadək, satışını 1.7000 manatdan 1.6980 manatadək ucuzlaşdırıb.
“Bank Silk Vey” və “Atabank” da həmçinin hər iki göstəricini ucuzlaşdırıb:
“Bank Silk Vey” alışı 1.6850 manatdan  1.6800 manatadək, satışı 1.7050 manatdan 1.7020 manatadək.
“Atabank” alışı 1.6900 manatdan 1.6750 manatadək, satışı 1.7100 manatdan 1.7080 manatadək.
“Nikoil Bank” və “NBC Bank” dolların yalnız alış qiymətini ucuzlaşdıran banklardır:
“Nikoil Bank” – 1.6900 manatadan 1.6850 manatadək;
“NBC Bank” – 1.6930 manatdan 1.6900 manatadək.
“BTB Bank” və “Ziraat Bank Azərbaycan” isə yalnız satış qiymətlərini ucuzlaşdırıb:
“BTB Bank” – 1.7050 manatdan 1.7040 manatadək;
“Ziraat Bank Azərbaycan” – 1.7070 manatdan 1.7060 manatadək.
Mənbə: Fins.az