“Financial Times”in (FT) xəbərinə görə, “HSBC Holdings Plc” xərclərini azaltmaq üçün böyük hissəsi Avropada olmaqla 10 min nəfəri işdən çıxara bilər.

FT xəbəri məsələ haqqında məlumata malik iki mənbəyə istinadən yayıb.

Bank xidmətləri daxil qlobal maliyyə xidmətləri təklif edən HSBC-nin hazırda 238 min nəfər işçisi var.

Mənbələrdən birinin verdiyi məlumata görə, Bank, Asiyanın müxtəlif hissələrində ikirəqəmli ədədlə gəlir əldə edərkən niyə Avropada bu qədər çox məşğulluq təmin etdiyini soruşur.

HSBC-nin sözçüsü məsələyə dair açıqlama verməyi qəbul etməyib.

Aralarında “Deutsche Bank AG”, “Societe Generale SA” və “Barclays Plc”nin də daxil olduğu Avropanın böyük bankları, aşağı faizlər və yavaşlayan iqtisadiyyata görə minlərlə adamı işdən çıxarırlar.

 

@Marja