Yanvarda xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 187,9 milyon manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral sayında bildirilib.

Yanvar ayında əcnəbilərin bank kartları vasitəsilə apardıqları əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çoxalıb.