2020-ci ilin 1 dekabr tarixinə olan məlumata görə, Azərbaycanda problemli kreditlərin həmin rayon üzrə verilmiş cəmi kreditlərdə ən çox payı olduğu rayon (şəhər) Gədəbəydir. Maraqlı məqam isə Gədəbəy bu göstəricisinə görə sıralamada ikinci yerdə duran rayondan iki dəfədən çox üstünlük göstərcisinə sahibdir.

Banker.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, bu rayonda vaxtı keçmiş kreditlərin həcmi, həmin rayon üzrə verilmiş kreditlərdə payı 16.42% təşkil edir. Bu rayon öncəki ayda da bu göstərici ilə lider olsa da, rayonda vaxtı keçmiş kreditlərin payı 16.14% idi.

İkinci pillədə Abşeron (7.09%) və üçüncü pillədə isə Neftçala (7.04%) qərarlaşır.

Son göstəriciyə isə Naxçıvan M.R.-nın rayonları üzrə qeydə alınıb. Şərurda (0.90%), Ordubadda (0.76%), Sədərək (0.47%) vaxtı keçmiş kreditlərin payı var.

Respublika üzrə bu göstərici 1 noyabrda  6.56% olduğu halda, 1 dekabrda 6.03%-ə qədər azalıb.