Yeni Zelandiyada Mellonsfolli Ranç yaşayış məntəqəsi satışa çıxarılıb.

Trend-in məlumatına görə, şəhəri 2006-cı ildə vestern filmlərindən ruhlanmış şəxs inşa edib.

Yaşayış məntəqəsi ABŞ-ın kovboy şəhərçiyini xatırladır. Həmin şəhərdə 10-a yaxın tikili, o cümlədən 3 yaşayış binası var.

Bundan başqa, şəhəri əldə etmək istəyən bal istehsalı üzrə hazır biznesi də satın almış olacaq. Şəhərdə 22 nəfər yaşaya bilər. Burada polis ofisi, kinoteatr və məhkəmə binası var.

Şəhərin satış qiyməti 7,5 milyon dollar həcmində dəyərləndirilir.