Hündürlüyü 350 metr olan 70 mərtəbəli taxta göydələnin tikilməsi layihəsi Yaponiyada reallaşacaq.

Banker.az xəbər verir ki, belə bir qeyri-adi binanın müəllifləri “Sumitomo Foresty Co.” şirkətinin mütəxəssisləri olmuşdur. Onların fikrincə, yeni binanın 90%-ni ağac materialları, qalan 10%-ni isə metaldan hazırlanan karkas təşkil edəcəkdir. Bu, binanı zəlzələlərə qarşı davamiyyətli olması üçün düşünülüb.

Bu layihə Tokionun mərkəzində ekoloji vəziyyəti yaxşılaşdırmaqla yanaşı, şəhər sakinləri üçün möhtəşəm bir mənzərə açmış olacaq – binanın balkonları, banı və divarları yaşıl bitkilərlə əhatə olunacaq. Ekspertlərin qiymətləndirmələrinə görə, bu layihənin realizəsinə 200 kub metr ağac materialı istifadə olunacaq. Qeyd etmək lazımdır ki, bu binanın inşası yerli qaydalara ziddir. Belə ki, yanğın baş verdiyi halda konstruksiyanı xilas etmək mümkün olmayacaqdır.