Tokionun mərkəzində inşa edilən ən hündür Yaponiyanın göydələninin planı layihənin müəllifi olan şirkətlər tərəfindən ictimaiyyətə təqdim olunub.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, göydələn 390 metr hündürlükdə olacaq. Layihənin müəllifi olan “Mitsubishi Estate” şirkəti və onun tərəfdaşları kompleksi 2027-ci maliyyə ilində istifadəyə verməyi planlaşdırırlar. Bildirilir ki, “Tokio” stansiyasının yaxınlığında yerləşəcək “Tokyo Torch” adlı kompleksin ümumi sahəsi 30 min kvadratmetr olacaq.

Göydələnin yerin üst hissəsində 63 mərtəbənin olacağı qeyd edilir. Burada mehmanxana, böyük zal və rəsədxana yerləşəcək.

Kompleksin ətraf məkanının ilkin layihədə nəzərdə tutulduğundan daha geniş olacağı bildirilir. Layihənin müəllifləri bunu koronavirus pandemiyası ilə əlaqədar daha çox açıq məkana ehtiyac yaranması ilə izah edirlər.