2022-ci ilin noyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 115 daşınmaz əmlak alıblar ki, bu da 2021-ci ilin noyabr ayı ilə müqayisədə 826 obyekt azdır.
TurkicWorld bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.
Məlumata görə,2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 988 daşınmaz əmlak satın alıblar ki, bu da 2021-ci ilin eyni dövrü ilə müq ayisədə 32 obyekt azdır.
2022-ci ilin noyabr ayında Türkiyədə 117 min 806 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 34,1 faiz azdır. Noyabr ayında Türkiyədə əcnəbilərə 6 min 83 əmlak satılıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azdır.