2023-ci ilin yanvar-aprel aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 498 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 383 obyekt azdır.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin aprel ayında Qazaxıstan vətəndaşları Türkiyədə 89 daşınmaz əmlak alıblar ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 222 obyekt azdır.
Qeyd edək ki, 2023-cü ilin aprel ayında Türkiyədə 85 min 652 mənzil satın alınıb ki, bu da 2022-ci ilin aprel ayı ilə müqayisədə 35,6 faiz azdır.
Məlumata görə, 2023-cü ilin yanvar-aprel aylarında Türkiyədə 368 min 867 mənzil satın alınıb.
“Bu göstəricilər 2022-ci ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azdır”, – deyə nazirlikdən qeyd edilib.
2023-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 2 min 557 mənzil satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60,3 faiz azdır.
Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 13 min 483 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.