Rusiyanın məşhur axtarış sistemi olan “Yandeks” yeni mənzil-qərargahının tikintisi üçün Moskvada 145 milyon dollara 4 hektar torpaq sahəsi alıb.

Virtualaz.org “Kommersant”a istinadən xəbər verir ki, həmin ərazidə hazırda “Orlyonok” mehmanxanası yerləşir.

İndi “Yandeks” iki ünvanda yerləşir və bunların hər ikisinin icarə müddəti 2021-ci ilin dekabr ayının 31-də başa çatır. Ofislərdən birinin sahəsi 55 min kvadrat metr, digərininki isə 10,3 min kvadrat metrdir. “Yandeks”də 6500 nəfərdən çox əməkdaş çalışır.