Cənubi Koreyanın “OA: Lab” inşaat şirkətinin memarları ev tikintisi zamanı binaların fasadlarında “cibli” panellər layihələşdiriblər.

“Novate.ru” saytı bildirir ki, sözügedən panellər yağışdan əvvəl çox cansıxıcı və sönük görünürlər.

Yağışdan sonra isə divarlarda yerləşdirilən rəngarəng çiçəklərə sanki yenidən həyat verilir.

Məsələ burasındadır ki, hər panelin özəyində zəruri bitkilərin toxumları əkilib.

Belə “şaquli bağlar” yalnız gözəllik deyil, həm də praktiki məqsədlər üçün də yaradılır. Onlar həm də meqapolislərdə karbon qazının miqdarını azaltmaq məqsədi daşıyır.

Azərtac