İnsan resursları üzrə beynəlxalq konsaltinq mərkəzi “Mercer” 8-ci dəfə Vyananı dünyanın ən yaşamalı şəhəri elan edib.

“Yaşayış keyfiyyəti”nə görə dünya şəhərlərinin yeni siyahısında ilk onluqda Avropa şəhərləri üstünlük təşkil edir. Həmin siyahıda Sürix 2-ci, Münxen 4-cü, Düsseldorf 6-cı, Frankfurt 7-ci, Cenevrə 8-ci, Kopenhagen 9-cu və Bazel 10-cu yerləri tuturlar.

Dünyanın 231 şəhərinin qiymətləndirilməsi əsasında tərtib edilmiş həmin siyahıda şəhərlərin təklif etdiyi ictimai xidmətlər, tibbi və təhsil imkanları, infrastruktur və nəqliyyat, ekoloji durum və yaşıllıqlar, sosial-mədəni tədbirlər diqqət mərkəzində dayanır. Eləcə də hər bir şəhərdə kriminogen vəziyyət, ölkədəki sosial-siyasi inkişafın şəhərə təsiri də qiymətləndirmədə mühüm rola malikdir.

Həyat keyfiyyəti araşdırmasında sonuncu yerdə son illərdə olduğu kimi yenə də İraqın paytaxtı Bağdad şəhəri dayanır.

azərtac