Ufada yerli koloriti hiss etmək istəyən turistlər üçün “Bal kəndi” tikiləcək. Bu layihə “Yaşıl meşə” sanatoriyasının nəzdində həyata keçiriləcək.

AZƏRTAC “vistanews.ru”ya istinadla xəbər verir ki, 150 kvadratmetr sahəni əhatə edəcək “Bal kəndi” ev, iki növ arıxana, uşaq meydançası və yarmarkadan ibarət olacaq. Dequstasiya üçün əlavə yer də inşa ediləcək. Bütün bu ehtiyaclar üçün 14,3 milyon rubl ayrılacaq. Hazırda layihə üçün investor axtarılır. “Bal kəndi”nin açılışı 2021-ci ilə planlaşdırılır.

Burada, həmçinin yerli suvenirlərin istehsalına da başlanılacaq.