Təkcə oktyabr ayında Türkiyədə 122 882 daşınmaz əmlak satılıb.

Axar.az xəbər verir ki, bu haqda məlumatı Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban yayıb. Onun sözlərinə görə, satılan mənzillərin 2 677-si (2,18%) xarici vətəndaşlar tərəfindən alınıb. Azərbaycan vətəndaşları aldıqları obyektlərin və mülklərin sayına görə III yerdə olublar – 278 ədəd (0,22%).

Qeyd edək ki, Türkiyədə mənzil alan xarici vətəndaşlar arasında I yerdə səudiyyəlilər (528), sonra iraqlılar gəlir – 344.