Türkiyədə mənzil qiymətləri 189,2 faiz artaraq rekord qırıb. İstanbulda mənzil qiymətləri illik 212,1 faiz artıb.

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) sentyabr ayı üzrə mənzil qiymətləri indeksini açıqlayıb.

Marja xəbər verir ki, TCMB-nin açıqladığı mənzil qiymətləri indeksinə görə, sentyabr ayında mənzil qiymətləri əvvəlki ayla müqayisədə 4,9 faiz, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə isə 189,2 faiz artıb.

Mənzil qiyməti indeksi sentyabr ayında avqust ayı ilə müqayisədə İstanbul, Ankara və İzmirdə müvafiq olaraq 4,6 faiz, 4,3 faiz və 5,8 faiz artıb.  Ötən ilin eyni ayı ilə müqayisədə indeks İstanbulda 212,1 faiz, Ankarada 196 faiz və İzmirdə 185,8 faiz artıb.

İstanbulda mənzilin orta hesabla qiyməti 3 milyon türk lirəsini (TL) keçib. Bir kvadrat metr üzrə orta qiymət 25 min 714 türk lisərinə yüksəlib. Bir kvadrat metr üzrə orta qiymət Ankarada 11 min 323 TL-yə, İzmirdə isə 18 min 761 TL-yə çatıb.