Bu ilin I rübündə Türkiyədə mənzillərin satış qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, kirayə qiymətləri isə 3 dəfə artıb.

“Report” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Hazırda qonşu ölkədə mənzillərin bir kvadratmetrinin orta qiyməti 17 573 lirədir (1 536 manat). Satışa çıxarılan daşınmaz əmlaklar orta hesabla 2 aya satıır.

Yanvar-mart aylarında Türkiyədə ümumilikdə 283 215 mənzil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 % az, ötən ilin IV rübünə nisbətən isə 34 % çoxdur.

O cümlədən, hesabat dövründə İstanbulda 50 561 mənzil satılıb ki, bu da alınan mənzillərin 18 %-i olmaqla, illik müqayisədə 2,4 dəfə çoxdur. İstanbulda mənzillərin 1 kvadratmetri orta hesabla 27 004 lirəyə (2 360 manat) realizə edilib.

I rübdə paytaxt Ankarada isə 29 066 mənzil satılıb ki, bu da alınan mənzillərin 10 %-i olmaqla, 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Ankarada mənzillərin 1 kvadratmetri orta hesabla 13 018 lirəyə (1 138 manat) realizə edilib.

3 ay ərzində Antalyada isə 16 619 mənzil satılıb ki, bu da alınan mənzillərin 6 %-i olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Antalyada mənzillərin 1 kvadratmetri orta hesabla 24 747 lirəyə (2 163 manat) realizə edilib.