Türkiyədə mənzil qiymətlərinin dəyişməsini ölçən mənzil qiymət indeksi avqust ayında öncəki ayla müqayisədə 3.9% artıb. İllik isə ölkədə mənzil qiymətləri ortaölçüdə 33.4% bahalaşma olub.

Banker.az xəbər verir ki, Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən aparılan bu hesablama tarixində ən yüksək artım dinamikasıdır.

Türkiyədə ən çox bahalaşma 53.7%-lə Aydın, Dənizli, Muğla bölgələrində, 44.3%-lə Diyarbəkir, Şanlıurfa bölgələrində, 23%-lə isə Tunceli Əlzağı və Bingöl sahəsində bahalaşma müşahidə edilir.

Avqust ayında İstanbulda aylıq 4.3%, illik isə 30.7%, Ankarada aylıq 3.3%, illik isə 28.5% artım olarkən, üçüncü ən böyük şəhər İzmirdə illik qiymət artımları 33.6% olmuşdur.

Türkiyə Statistika Komitəsinin məlumatına görə, avqust ayında ölkə ərazisində 141 400 mənzil satılıb.