Türkiyədə dövlət banklarının başladığı ipoteka krediti kampaniyasından sonra iyun ayında 101 min 504 ev ipoteka krediti ilə satılıb və mənzillərin satış rekordu vurulub.

FED.az xəbər verir ki, əvvəlki ilin iyunu ilə müqayisədə ipoteka ilə mənzil satışı 13 dəfə artıb. Ümumilikdə isə təkcə iyunda Türkiyədə 190 min 012 ev satılıb. Yəni ötən ay Türkiyədə satılan evlərin yarıdan çoxu – 53%-i ipoteka krediti ilə alınıb.

Ən çox mənzillər İstanbulda satılır – 28,8 min mənzil və ya ümumi bazarın 15,2%-i. Ankarada 21,9 min (11,5%), İzmirdə isə 11,7 min (6,2%) ev satılıb. İstanbulda evlərin yarısından çoxu ipoteka krediti ilə satılıb.

Tikinti şirkətləri bayram edir

İyun ayında Türkiyədə ilkin bazarda satılan evlərin ev sayı, bir əvvəlki ilin eyni ayına görə ümumi olaraq 152,0% artaraq iyun ayında 58 min 632 olub. İlk satışın ümumi ev satışındakı payı 30,9% təşkil edib. İlk satışlarda ən çox payı 8 min 253 ev və 14,1% ilə İstanbul, 5 min 96 ev ilə Ankara və 3 min 530 ev ilə İzmir izlədi.