Qeyri-adi Gaia Evinin (yunanca “torpaq ev”) tikintisi üçün təbii materiallardan və kənd təsərrüfatı tullantılarından istifadə edilib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu zaman “Crane Wasp” modul printeri (İtaliya) əsasında 3D çap texnologiyasının imkanları da nümayiş etdirilib. Evin yaradılmasında adi torpaqdan, düyü qabıqlarından, gildən və sudan istifadə olunub.

Eksperimental Gaia Evinin sahəsi 30 kvadratmetr olmaqla, istilik sistemi tələb olunmur.