ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın uşaqlığının keçdiyi ev satılıb.

Müəmmalı alıcı ev üçün 1.25 milyon dollar pul ödəyib.

Ev Nyu-Yorkun Kuins rayonunda yerləşir. 2008-ci ildə bu ev 782.5 min dollara Ayzek Kestenberq tərəfindən alınıb. Ev sahibi mülkü yenidən satışa çıxarıb.

Evin yeni sahibi isə daşınmaz əmlak sahəsində çalışan Nyu-Yorklu investordur. İş adamı artıq evi hərraca qoyub. 17 yanvar tarixində, yəni Trampın innauqurasiya mərasimindən bir neçə gün əvvəl satış həyata keçiriləcək.

Ev Trampın atası Fred Tramp tərəfindən 1940-cı ildə inşa edilib. Sentyabr ayında Donald uşaqlığının keçdiyi evi almaq istədiyini bildirmişdi.

Ölkə.Az