Tayvanda yerli arxitektor Vincent Kallebo tərəfindən layihə edilən möhtəşəm Tao Zhu Yin Yuan ekoloji qülləsinin inşası başa çatmaq üzrədir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Taybeyin işguzar rayonlarından birində tikilən göydələnin forması DNK-nın spiral quruluşunu xatırladır.

Binanın eyvanlarına, terraslarına, fasadına və damına ümumilikdə 23 min müxtəlif bitki sortlarının əkilməsi onun cəlbediciliyini daha da artırıb.

Hazırda ekzotik bağlarla əhatə edilən göydələndə mənzillərin məskunlaşması və ictimai yerlərin təşkili sahəsində işlər görülür.