Rusiyanın “Kult-Stroy” inşaat şirkətinin layihəsi ilə tikilən “Tərsinə ev” nəinki uşaqlar, hətta yaşlılar arasında da böyük rezonans doğurub.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, “Tərsinə ev”dən əsas etibarı ilə muzey, attraksion, foto-zona və oyun otağı kimi istifadə olunur. Burada fizikanın qanunları və qravitasiya işləmədiyindən insanlar özlərini sehrli dünyaya düşmüş kimi hiss edirlər.

Adətən belə evlər əhalisi 200-400 min olan şəhərlərdə tikilir. Evlərin tikintisi 1,5 aya başa gəlir. Qiyməti isə təqribən 2,5 milyon rubldur.