Mobil evlərin layihəsini və tikintisini həyata keçirən ABŞ-ın “Zyl Vardos” şirkətinin sonuncu işlərindən biri də ”Damselfly House” adlanan mobil evdir.

AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, ”Damselfly House” qoşqusunun uzunluğu 3,7 metr olan təkər üzərində evdir. Mobil evin yaşayış sahəsi 25,5 kvadratmetrdir. Bu kiçicik evdə mini mətbəx, vanna və yataq otaqları yerləşir.

Evin qiyməti isə 106 min 500 ABŞ dollarıdır.