Təkər üzərində evlərin tikintisi üzrə ixtisaslaşan Fransanın “Baluchon” şirkətinin son layihələrindən olan “Ostara” evi yaraşıqlı olmaqla, kiçik ölçüləri ilə seçilir.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, sözügedən evlər yerli və ekoloji cəhətdən təmiz materiallardan hazırlanıb. Evin istilik izolyasiyasında qoyun dərisi və pambıqdan istifadə olunub.

Mobil evin mərkəzində – qonaq otağında uzunluğu 1,8 metr olan divan qoymaq mümkündür. Bundan başqa, otaqda kiçik kitab rəfi, odun sobası və stol yerləşdirilə bilər.

Layihədə kiçik mətbəx, həmçinin 1 çarpayılıq yataq otağı da nəzərdə tutulub.