Böyük Britaniyada son on ildə daşınmaz əmlak qiymətləri təqribən 90 min funt sterlinq artıb.

AZƏRTAC– xəbər verir ki, 20 böyük şəhərdə aparılan araşdırmalar zamanı artım müşahidə olunub.

Məlumatlara əsasən, paytaxt xaricindəki mənzilin bir kvadratmetrinin qiyməti 257.200 funtdan başlayır.

Əmlak saytları növbəti ildən evlərin dəyərinin 3 faiz artacağını proqnozlaşdırır.

Şimali İrlandiyanın paytaxtı Belfastda evlərin qiyməti isə ötən dövrlərlə müqayisədə daha aşağı düşüb.