Bosniya və Herseqovinanın paytaxtı Sarayevo Avropa qitəsində ən çox hava çirkliliyi olan şəhərlər sırasında birinci yerdədir.

AZƏRTAC xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo Avropanın ən çox hava çirkliliyi olan şəhəridir.

Mütəxəssislər Sarayevoda hava çirkliliyinin artmasını qış fəslinin yaxınlaşması ilə əlaqələndirirlər.

Qeyd edək ki, qışın yaxınlaşması ümumilikdə Qərbi Balkan regionu ölkələrində havanın çirklənməsinə öz təsirini göstərməyə başlayır. Buna xüsusən köhnə model avtomobillərin işlənmiş qazları, aşağı kalorili yanacaq və sənaye müəssisələri səbəb olur.