San-Fransisko şəhərində Djin Qenq arxitektura bürosunun mütəxəssisləri tərəfindən hazırlanan, hündürlüyü 130 metr olan 39 mərtəbəli göydələn öz qeyri-adi görünüşü ilə seçilir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, aviasiya tikintisi prinsiplərinə uyğun layihələndirilən bina San-Fransisko körfəzi üçün ənənəvi olan güclü küləyin təsirini minimuma endirir. İtaliyadan gətirilmiş ağ alüminium panellər isə onun fasadını gün şüasından qızmaqdan qoruyur.

Yaşayış kompleksi mənzillərin sahəsi 200-220 kvadratmetr təşkil edən 392 mənzildən ibarətdir. Bundan başqa, burada 340 avtomobil və 150 velosiped üçün dayanacaq da nəzərdə tutulub.