Fransa sakini Mişel de la Veqa şəxsi qarajını 23 kvadratmetrlik komfortlu evə çevirib.

AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, imkansızlığa görə memarın xidmətindən istifadə edə bilməyən xanım evinin dizayn işlərini də özü görüb.

Qarajdakı köhnə rəfləri təmir edən Mişel tavanı bir metr qaldırmaqla, qarajı bir qədər də genişləndirməyə, bunun hesabına isə yataq və vanna otaqları düzəltməyə nail olub.

Artıq bir müddətdir ki, qaraj-ev sosial şəbəkələrdə müzakirə obyektidir.