Niderlandın Amsterdam şəhərindəki “İnntel” hoteli Avropa memarlığı üslubunda inşa edilib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, əslində oyuncağa bənzəyən hotel turistləri və şəhər sakinlərinin ziyarətgahına çevrilib.

Bina Zaandam şəhərinin mərkəzində tikilib və 12 mərtəbədən ibarətdir. Onun hündürlüyü 39 metrdir.

Ümumilikdə isə hoteldə 160 otaq var, əlavə olaraq türk və fin hamamları, hovuz, spa, konfrans zalı, fitnes mərkəzi və restoran fəaliyyət göstərir.