Rusiyanın “BIO Architects” arxitektura şirkəti bugünlərdə “DublDom” adlanan modul evin tikintisini başa çatdırıb.

AZƏRTAC novate.ru saytına istinadla bildirir ki, şirkət 185 kvadratmetr sahəsi olan evin inşasına cəmisi 10 gün sərf edib. Tikinti zamanı ekoloji təmiz materiallardan istifadə edilib. Binanın tez ərsəyə gəlməsində başlıca səbəblərdən biri əsas materialların əvvəlcədən hazır olmasıdır.

Evin modulları Kazan şəhərindəki müəssisələrdən birində hazırlanıb.