ABŞ-ın sabiq, 44-cü prezidenti Barak Obama Vaşinqtonda kirayədə qaldığı malikanəni satın alıb.

“The Washington Post” bildirir ki, Kalorama səmtindəki lüks ev üçün Obamalar ailəsi 8,1 milyon dollar ödəyib.

Ev ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və əri Cared Kuşnerə məxsus malikanənin yaxınlığındadır.

1921-ci ildə tikilmiş, sahəsi 761 m2 olan malikanədə 8 yataq otağı və 9 vanna otağı var.

Dəyərinə görə Kaloramada ikinci olan bu malikanə sabiq prezident Bill Klintonun mətbuat katibi Co Lokharta məxsusdu. C.Lokhart malikanəni 2014-cü ildə 5,295 milyon dollara satın almışdı.

Obamalar ailəsinin bu malikanəni seçmələrinin səbəbi Saşa Obamanın Vaşinqtonda təhsil aldığı məktəbə yaxın olması ilə bağlıdır.

Obamaldar ailəsinin Çikaqo şəhərində, Souz Sayd səmtindəki Hayd Park yaxınlığında da malikanəsi var.