Nyu-Yorkda dünyanın ən böyük göydələnin tikintisi ilə bağlı layihə təqdim edilib.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, memarı Yonis Oyamonou olan bina (The Big Bend) nəhəng arka formasında inşa ediləcək. Uzunluğu 1220 metr təşkil edəcək göydələndə ən müasir avadanlıqlardan istifadə olunacaq, şaquli və hətta horizontal hərəkət edəcək liftlər quraşdırılacaq.

Sözügedən bina Dubayda yerləşən və hazırda dünyada ən hündür göydələn sayılan Bürc Xəlifədən (828 metr) 392 metr hündür olacaq.