Moskvada Avropada ən hündür seyr qülləsi inşa olunub.

“Başnya Federasiya” QSC-nin direktoru Mixail Smirnov bildirib ki, cari ilin sonunadək “Moskva-Siti”də Avropada ən yüksək seyr qülləsi açılacaq. O, “Federasiya. Vostok” binasında yerləşəcək.

AZƏRTAC “vistanews.ru”ya istinadla xəbər verir ki, “Federasiya. Vostok” binasında bütün tikinti işləri sona çatıb. Bina 99,7 faiz açılışa hazırdır. Binanın 2-3 ay ərzində açılması planlaşdırılır və seyr qülləsi də ziyarətçilər üçün açıq olacaq. Qüllədə dondurma fabriki də fəaliyyət göstərəcək.

Xatırladaq ki, “Başnya Federasiya” iki göydələndən ibarətdir: “Vostok i Zapad”. “Federasiya. Vostok”un hündürlüyü 374 metr, 97 mərtəbədən ibarətdir. Seyr meydançası 89-ci mərtəbədə yerləşir. 63 mərtəbədən ibarət olan “Federasiya. Zapad”ın hündürlüyü isə 242 metrdir.

2014-ci ildən “Federasiya. Vostok” Avropada ən yüksək qüllə hesab olunur.