Macarıstanın daşınmaz əmlak bazarında fəallıq ötən ilin apreli ilə müqayisədə bu ilin aprelində 60 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu bədbin məlumatı Milli Rieltorlar Assosiasiyası açıqlayıb.

Ötən ilin aprelində alınıb-satılmış 14166 obyektlə müqayisədə bu ilin aprelində 5971 alğı-satqı olub. Aydın məsələdir ki, aprel ayında olan azalma həm koronavirusun yayılması, həm də iqtisadiyyatda ümumi qeyri-müəyyənliklə bağlı olub.

Hazırda daşınmaz əmlak bazarında tələbat yavaş-yavaş artmağa başlayır. Lakin rieltorlar xəbərdarlıq edirlər: yalnız koronavirusla bağlı vəziyyətin pisləşməyəcəyi təqdirdə göstəricilərin nəzərəçarpacaq dərəcədə yaxşılaşacağını gözləmək olar.