2019-cu ildə Macarıstanda daşınmaz əmlak satışının həcmi 4 faiz artıb.

AZƏRTAC xəbər verir ki, Macarıstanın Daşınmaz Əmlak Agentlikləri Assosiasiyası bu barədə özünün illik hesabatında bildirir. Mütləq ölçüdə bu rəqəm mənzil alışı üzrə təxminən 150 min sövdələşmə deməkdir.

Bununla yanaşı, ötən ilin dekabrında Macarıstanda ümumilikdə 73,5 milyard forint məbləğində (1 avro 330 forintə bərabərdir) ipoteka müqavilələri bağlanılıb. Bu da 2018-ci ilin dekabr ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Daşınmaz əmlak bazarında lider olan “Technohasa” agentliyində bildiriblər ki, artım meylinin bu il də davam edəcəyi ehtimal olunur.