Budapeştin daşınmaz əmlak bazarında təkliflərin görünməyən dərəcədə artması və alıcılara nə isə satmaq üçün geniş seçim imkanı yaradılmasından ötrü ciddi makler və bazar tələbatlarına uyğun olan qiymət lazımdır.

AZƏRTAC-ın xüsusi müxbirinin bu mövzuda apardığı tədqiqatın nəticəsi belədir.

Müşahidələrə görə, şəhərin mərkəzində daşınmaz əmlaka tələbat aşağı düşüb və mülk sahibləri satış üçün yararlı olan səviyyəyədək qiymətləri endirməlidirlər. Yalnız real qiymətə satışa qoyulan daşınmaz əmlak obyektləri maraq kəsb edə bilər. Get-gedə daha çox insan daşınmaz əmlak agentliyinə kömək üçün müraciət edir. Çünki satıcılar öz mallarının real dəyərini müəyyən edə bilmirlər. Digər tərəfdən də ona görə ki, onlar reklam saytlarında göstərilən qiymətlərə daha əsaslana bilmirlər. Çünki bu qiymətlər bazarın real qiymətlərini təsvir etmir.

“Yüksək start qiymətli reklamlar əvvəl-axır alıcı tapılacağına ümidvardırlar, çünki satıcı üçün bu, təcili deyil” strategiyası hazırda mövcud deyil. Bu cür daşınmaz əmlak obyektlərini artıq heç kim almır. Elə hal məlumdur ki, agent daşınmaz əmlakı 700 min avroya reklam edib, indi isə həmin obyekt 500 min avro dəyərləndirilir. Özü də bu qiymətə satmaq o qədər də asan olmayacaq.

Eyni zamanda, əgər daşınmaz əmlaka qoyulan qiymətlər real səviyyəyədək düşürsə, o zaman dərhal satılır. Bu səbəbdən də satışa qoyulan obyektlərin sahibləri agentlərin daşınmaz əmlak üzərinə real qiymətlərin qoyulmasının mühümlüyünə diqqət verməyə başlayıblar.

Qiymətlərin durğunluğu Macarıstan paytaxtının mərkəzində daha nəzərəçarpandır. Bir kvadratmetr üçün qiymətlərin dəyişmə həddi əvvəlki kimi yüksəkdir. Lakin, eyni zamanda, şəhərin mərkəzində bir kvadratmetrin dəyəri orta hesabla bir milyon forintdən (təqribən 3 min avro) aşağı olaraq qalmaqdadır.

Bundan başqa, tələbatın azalmasına təsir edən amillərdən biri də mənzilin qısa müddətə kirayəyə verilməsinin qanunvericilik səviyyəsində daha çətin olmasıdır. Bir çox kooperativ binaların administrasiyası ev sahiblərinə bu sahibkarlıq fəaliyyətinin aparılması üçün könülsüz icazə verirlər. Qaydalar dəyişib və “аirbnb” bazarının (bütün dünya üzrə özəl mənzil sahəsinin yerləşdirilməsi, axtarışı və qısa müddətə icarəsi üçün onlayn-mühit) konsepsiyası dolub.