Sylvester Stallone malikanəsini satır.

Hollivud ulduzu Silvestr Stallone (Sylvester Stallone) ABŞ-ın Kaliforniya Ştatında Beverly Hills şəhərində yeni aldığı malikanəsini satmağa qərar verib. Stallone malikanə üçün 110 milyon dollar tələb edir.

Marja xəbər verir ki, “Rocky” və “Rambo” filimləri ilə ulduzu parlayan peşəkar aktyor Silvestr Stallone, Denzel Washington və Magic Johnsonun da yaşadığı məhəllədə olan lüks villasını satışa çıxarıb.

Çox geniş bir ərazidə yerləşən, məşhur dizaynerlərin işlədiyi malikanə üçün tələb edilən məbləğ 110 milyon dollardır.

Stallonenin malikanəsi, bölgədə yerləşən və 160 milyon dollara satışa çıxarılan Villa Frenze-nin ardından ən bahalı ikinci mülkdür.