Yeni növ koronavirus pandemiyasına baxmayaraq, bu ilin mart ayında Londonda daşınmaz əmlakın qiymətləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,7% artıb.

APA-Economics” “Financial Times”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin məlumatında deyilir.

Eyni zamanda, ölkə daxilində yaşayış evlərinin orta qiymətləri martda 2,1% artıb. Cari ilin fevral ayında bahalaşma 2% olub.

Londonda mart ayında bir evin orta qiyməti 486 min funt sterlinq təşkil edib. Halbuki Böyük Britaniya üzrə daşınmaz əmlakın ortalama qiymət 232 min funt sterlinq olub.