Londonun elit mənzillər bazarında son 10 ildə ən bahalı mənzilin salqı-satqısı baş tutub.

FED.az xəbər verir ki, «Savills» şirkətinin məlumatına görə, bu əmlak şəhərin bahalı yeri sayılan Meyfeyrdə Qrosvenor-skverdə yerləşir. Tarixi binada yerləşən penthaus və ona bitişik 3 mənzilin ümumi sahəsi 1560 kvadratmetrdir. Mənzilin alqı-satqı qiyməti isə 138 mln funtov sterlinq, v ya 152 milyon avro və ya 182 milyon dollardır. Nəticədə mənzilin hər kvadratmetri alıcıya (hansı ki, adı açıqlanmır) 117 min dollara başa gəlib.

Alıcının adı açıqlanmasa da, məlumdur ki, mənzil yaşamaq üçün alınıb və «ölü əmlak» olmayacaq. Qeyd edək ki, indiyədək Londonun elit mənzillər bazarında ən böyük alqı-satqı 2008-ci ildə olmuşdu – «One Hyde Park» kompleksində mənzil  137 milyon funta satılmışdı.

İndi satılan mənzildən Meyfeyrə əla mənzərə açılır. Burada istirahət, görüş və idman zonası – 25 metrlik hovuz və trenajer zalı da daxil olmaqla. Binaya girmək üçün yüksək təhlükəsizlik tədbirlərindən keçməlisən, qonaqların bioietrik məlumatları yoxlanılıb sonra buraxılır.

Əslində burada təəccüblü bir şey yoxdur. 1938-1960-cı illərdə bu mənzildə ABŞ səfirliyi yerləşib və ona görə də binada Ağ Evin oxşarı olan kabinet yaradılıb. 1961-ci ildən 2013-cü ilədək bina Kanadanın sahibliyində olub.

Qeyd edək ki, Londonda əmlaklar baha olsa da, əlverişli və prestijli ərazidən mənzili sözügedən binadan 10 dəfə ucuz qiymətə də almaq olar.

Belə ki, bir qədər əvvəl rusiyalı sahibkarlardan biri 15,5 milyon funta mənzil alıb. 610 kvadratmetrlik taunhausun pəncərələri Sent-Ceyms parkına açılır, yaxınlıqda isə Bukingem və Sent-Ceyms sarayları var. Yaxınlıqda Britakniyanın Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi və baş nazirin iqamətgahı yerləşir. Bi mənzilin dizayneri vaxtilə Madonna və Naomi Kempbellin də mənzilini dizayn edib.