Kanadanın Ontario ştatında yerləşən İnnisfil şəhəri rəhbərliyinin başladığı pilot layihə çərçivəsində sakinlər əmlak vergisini kriptovalyuta ilə ödəyə biləcəklər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bələdiyyənin bu məsələ ilə bağlı qərarında hazırda ödənişin yalnız bitkoinlə aparılmasına icazə verildiyi qeyd edilir.

Ödənişdən sonra bitkoin “Coinberry Pay” ödəniş operatorunun köməyi ilə Kanada dollarına konvertasiya ediləcək. Gələcəkdə digər kriptovalyuta vahidləri – “Ethereum”, “Litecoin”, “Bitcoin Cash” və “XRP” ilə də ödəniş aparmaq mümkün olacaq.