Türkiyənin İzmir vilayətində baş vermiş 6,6 bal gücündə zəlzələdən sonra əraziyə dəyən zərərin qiymətləndirilməsi işləri başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum deyib.

O bildirib ki, indiyədək 109 min 921 binada və bu binaların 586 min müstəqil ərazisində araşdırma aparılıb. Bu çərçivədə ağır zədəli və təcili söküləcək bina sayı 506-ya yüksəlib. Araşdırılan binalardan 5119-nun az, 511-nin isə orta zədəli olduğu müəyyən edilib.

Qeyd edək ki, zəlzələ zamanı xəsarət alanlardan 17-nin müalicəsi davam edir.